“Azərbaycan, Gürcüstan və Ermənistanın üçlü formatda qarşılıqlı fəaliyyəti üçün yaxşı imkanlar var” - Prezident

12:17 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xüsusilə postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanlar var və Azərbaycan tərəfi buna hazırdır.

Hafta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edərkən deyib.

Dövlət başçısı Gürcüstanın da bu mövqeyi bölüşdüyünü deyib, Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümidvarlığını ifadə edib.